Lufthansa aviaşirkətinə məxsus Airbus A380 təyyarəsi Münhen hava limanına eniş zamanı uçuş-enmə zolağının işıqlandırma qurğularına çırpılıb.
1xeber.media xəbər verir ki, hadisə avqustun 17-də San-Fransiskodan Münhenə uçan reys zamanı baş verib. Təyyarənin göyərtəsində 351 sərnişin olub.
Eniş zamanı təyyarə bir neçə yanaşma işığının üzərindən keçərək onları təkərləri ilə zədələyib. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.














