Bu gün vəfat edən Əməkdar jurnalist Nurani ilə Təzə Pir məscidində vida mərasimi keçirilib. Mərasimdə ictimai-siyasi şəxslər, tanınmış jurnalistlər, baş redaktorlar və bir sıra tanınmış simalar iştirak edib.
1xeber.media “Manset.az”a istinadla xəbər verir ki, vida mərasimində Azərbaycanın səhiyyə naziri Teymur Musayev də olub. O, mərasimdə əvvəldən sonadək iştirak edib.
Qeyd edək ki, nazir T. Musayev və mərhum T. Qasımova (Nurani) sinif yoldaşı olublar.















