1xeber.media xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Rəttkliffin Moskvaya səfəri Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında təmaslarla bağlıdır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov The Washington Post-a açıqlamasında bildirib. O, səfərin digər detalları barədə məlumat verməyib.
Rəttkliff avqustun 25-də gözlənilmədən Rusiyaya gəlib. Onun səfəri əvvəlcədən elan edilməyib.
ABŞ Milli Kəşfiyyat Direktorunun keçmiş müavini Bet Sanner isə Rəttkliffin Moskvaya səfərinin Rusiyanın NATO ölkələrinə yaxın illərdə hücum edə biləcəyi və ölkədə mümkün səfərbərliklə bağlı iddialarla əlaqəli ola biləcəyini bildirmişdi.

















