Çin və Nepal sərhədindəki Gyironq yol keçidinin yaxınlığında torpaq sürüşməsi baş verib.
1xeber.media xəbər verir ki, bu barədə xarici media yazıb.
Qeyd edildiyi kimi, sərhəd-keçid məntəqəsi ilə yol rabitəsi kəsilib. Ərazidə rabitə və enerji təchizatı yoxdur.
Ölkənin Turizm Departamentinin məlumatına görə, torpaq sürüşməsi nəticəsində 291 əcnəbi də daxil olmaqla 380-dən çox turist itkin düşüb.
















