1xeber.media xəbər verir ki, ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi Avropanın öz müdafiəsinə görə əsas məsuliyyəti üzərinə götürdüyünü və Ukraynaya dəstəkdə aparıcı rol oynadığını bildirib.
Kolbi NATO-nun baş katibi Mark Rütte ilə görüşündə Avropanın kifayət qədər zəngin qitə olduğunu və öz müdafiəsinin əsas məsuliyyətini daşıya biləcəyini deyib.
Bununla yanaşı, o, ABŞ-ın NATO qarşısındakı öhdəliklərinə sadiq qaldığını vurğulayıb.
Daha əvvəl NATO-ya üzv Şərqi Avropa ölkələrinin ABŞ hərbçilərinin regiondakı mövcudluğu ilə bağlı xərclərin daha böyük hissəsini öz üzərinə götürməyi təklif etdiyi bildirilmişdi.
















