1xeber.media xəbər verir ki, İsrail Baş Qərargah rəisi Eyal Zamir ordunun kifayət qədər maliyyələşdirilməməsi ilə bağlı ciddi problem yarandığını bildirib.
Onun sözlərinə görə, İsrail ordusunun bütün cəbhələrdə fəaliyyət göstərdiyi bir vaxtda maliyyə çatışmazlığı bölmələrin döyüş hazırlığına mənfi təsir göstərir.
Zamir buna baxmayaraq əməliyyat qüvvələrinin ixtisarının planlaşdırılmadığını vurğulayıb. O bildirib ki, sentyabrda başlayacaq yəhudi bayramları dövründə bütün bölmələr bir neçə cəbhədə tam döyüş hazırlığında saxlanılacaq.
















