1xeber.media xəbər verir ki, Bosniya serblərinin lideri Milorad Dodik keçmiş serb generalı Ratko Mladiçin Haaqadakı BMT həbsxanasında ölümünü “qəsdən törədilmiş qətl” adlandırıb.
Dodik bildirib ki, Mladiçin səhhəti uzun müddət ciddi narahatlıq doğursa da, onun azadlığa buraxılması təmin edilməyib.
“Bütün bunlar səhhətinin pis olduğunu göstərirdi və bu, faciəvi nəticəyə gətirib çıxarmalı olan planlaşdırılmış akt idi”, – Dodik deyib.
Qeyd edək ki, ömürlük həbs cəzası çəkən Ratko Mladiçin ölüm xəbəri avqustun 27-də yayılıb.
















