1xeber.media xəbər verir ki, Böyük Britaniyada salmonella xəstəliyinin yayılması ilə bağlı aparılan araşdırmada xaricdən gətirilən yumurtaların, o cümlədən Ukraynadan idxal olunan məhsulların mümkün mənbə kimi nəzərdən keçirildiyi bildirilir.
“The Telegraph”ın məlumatına görə, britaniyalı səhiyyə qurumlarının ilkin versiyasında yoluxmuş məhsulların Ukraynadan gətirilmiş ola biləcəyi qeyd olunur. Bununla belə, araşdırma hələ davam edir və məhsulun dəqiq mənşəyi rəsmən təsdiqlənməyib.
Böyük Britaniyada salmonella epidemiyası ilə bağlı yüzlərlə yoluxma qeydə alınıb. Hadisələrin əsasən kafe, restoran və digər ictimai iaşə obyektlərində yumurta istehlakı ilə əlaqəli olduğu bildirilir.
Qeyd edək ki, 2025-ci ildə Böyük Britaniyaya Ukraynadan rekord həcmdə yumurta idxal edildiyi bildirilir.
















