Nepalın şimal rayonlarında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin Risklərin Azaldılması və Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.
Məlumata görə, 8 186 nəfər xilas edilib. Onların arasında 227 xarici vətəndaş da var.
Bildirilib ki, 2 500-ə yaxın insan itkin düşmüş hesab olunur. Onlardan 588-i xarici ölkə vətəndaşıdır.
Axtarış-xilasetmə əməliyyatlarına 20 000-ə yaxın insan cəlb olunub.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Bildirilir ki, şiddətli daşqın dalğasının keçdiyi dərədə təxminən 14-15 metr lil və dağıntı toplanıb.
Regionda yeni daşqın təhlükəsinin qalmaqda olduğu bildirilib.














