“Qarabağ” FK Kiprin APOEL klubundan braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.
1xeber.media xəbər verir ki, bu barədə klub məlumat yayıb.
“Dieqo Rosa icarə əsasında komandamıza keçib. Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın 23 yaşlı yarımmüdafiəçini transfer etmək opsiyası var. O, komandamızda 33 nömrəli forma ilə çıxış edəcək.
2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan Rosa “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya) klublarında çıxış edib. O, 2025-ci ildə APOEL-ə keçib.
Rosa Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib”, - deyə məlumatda qeyd edilib.















