1xeber.media xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin RC-135W Rivet Joint strateji kəşfiyyat təyyarəsi Rusiyanın sahilləri yaxınlığında patrul uçuşundan sonra Barens dənizində radarlardan itib.
Məlumata görə, təyyarə Böyük Britaniyadakı “Mildenhall” aviabazasından havaya qalxaraq Norveç sahilləri istiqamətində uçub və daha sonra Barens dənizinə daxil olub. Təyyarə Rusiya sərhədindən təxminən 400 kilometr şimalda olarkən izləmə sistemlərindən itib.
İlkin ehtimala görə, ekipaj təyyarənin yerini müəyyənləşdirməyə imkan verən izləmə sistemlərini söndürüb. Təyyarənin son təyinat məntəqəsi isə uçuş izləmə xidmətlərində göstərilməyib.
















