1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və onun kürəkəni, iş adamı Cared Kuşner Ukraynaya səfərdən sonra Polşanın Jeşuv hava limanından ABŞ-yə yola düşüblər.
Məlumata görə, ABŞ nümayəndə heyətini daşıyan xüsusi təyyarə yerli vaxtla saat 08:04-də havaya qalxıb.
Qeyd olunur ki, Uitkoff və Kuşner bu dəfə səfərləri zamanı ilk dəfə “Boeing C-32A” tipli dövlət aviasiyasına məxsus xüsusi təyyarədən istifadə ediblər. Bundan əvvəl onlar uçuşlar üçün biznes-jetdən yararlanırdılar.
Xatırladaq ki, Uitkoff və Kuşner daha əvvəl Moskva və Kiyevdə səfərdə olublar. Trampın xüsusi nümayəndəsi Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən danışıqları “çox məzmunlu” adlandırıb.

















