İrlandiyalı jurnalist Çey Bous Ukrayna Prezidenti Vladimir Zelenski və onun nümayəndə heyətinin ABŞ nümayəndələri ilə görüşdəki davranışını sərt şəkildə tənqid edib.
1xeber.media xəbər verir ki, jurnalist bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Bous Zelenski və nümayəndə heyətinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüş zamanı gülümsəməsini və zarafat etməsini “utancverici” adlandırıb.
“Yumşaq desək, bu, utancvericidir”, – deyə jurnalist qeyd edib.
Qeyd edək ki, Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevdə Zelenski ilə görüşüb. Görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması, hava hücumundan müdafiə sistemləri və qış üçün dəstək məsələləri müzakirə olunub. Tərəflər danışıqları konstruktiv və məzmunlu adlandırsalar da, konkret irəliləyiş açıqlanmayıb.

















