1xeber.media xəbər verir ki, Ukrayna hərbçiləri sentyabrın 8-də Sevastopoldakı “Omega” çimərliyinə zərbə endirib.
Sevastopolun qubernatoru Mixail Razvojayevin sözlərinə görə, hücum zamanı çimərlikdə dinc sakinlər istirahət ediblər.
İlkin məlumata əsasən, hadisə nəticəsində 57 yaşlı qadın yaralanıb. Qəlpə onun ayağına dəyib. Yaralıya tibbi yardım göstərilməsi üçün hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.
Razvojayev Rusiya hərbçilərinin Ukrayna Silahlı Qüvvələrinin növbəti hücumunu dəf etdiyini bildirib.
















