1xeber.media xəbər verir ki, Çin 2027-ci ildə BRICS-ə sədrliyi üzərinə götürəcək və təşkilatın 19-cu sammitinə ev sahibliyi edəcək.
Bu barədə Çin lideri Si Cinpin açıqlama verib. Onun sözlərinə görə, Pekin BRICS ölkələri arasında əməkdaşlığın gücləndirilməsi və təşkilatın potensialının artırılması üçün birgə səyləri birləşdirəcək.
Qeyd olunub ki, Çin açıq və inklüziv əməkdaşlıq prinsipini dəstəkləməyə davam edir.















