1xeber.media xəbər verir ki, Kəlbəcər rayonunun Vəng kəndində, Tərtərçayın sol sahilində yerləşən Xudavəng monastır kompleksi Qafqaz Albaniyasının zəngin dini və memarlıq irsini yaşadan mühüm tarixi abidələrdəndir.
Qədim daş divarları, günbəzləri və özünəməxsus memarlıq elementləri ilə seçilən kompleks dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Xudavəng Kəlbəcərin çoxəsrlik tarixinin canlı şahididir.
















