2026-cı ilin oktyabr ayı üzrə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının nağd pul krediti şərtləri və illik faiz dərəcələri bəlli olub.
1xeber.media xəbər verir ki, banklar arasında nağd kreditlər üzrə minimum faiz dərəcələri 8.5%-dən başlayır.
İlin ikinci yarısında ən aşağı illik faiz dərəcəsi ilə nağd pul krediti təklif edən maliyyə institutu “Expressbank”dır. Bank 300 manatdan 100 000 manatadək məbləğdə olan kreditləri 59 ayadək müddətə, illik 8.5%-dən başlayan faizlə və 0-5% komissiya ilə təqdim edir.
Növbəti əlverişli şərti 8.9% illik faiz göstəricisi ilə “Yelo Bank” təklif edir. Bank 400-50 000 manat diapazonunda kreditləri 6-59 ay müddətinə 1-4.5% komissiya şərti ilə ayırır.
“Unibank” isə 300-70 000 manat məbləğində kreditləri 60 ayadək müddətə 9% illik faiz və 0-5% komissiya şərtləri ilə müştərilərinə təqdim edir.
İllik 9.5% illik faiz dərəcəsi ilə nağd kredit təklif edən maliyyə qurumları arasında “AccessBank” və “Rabitəbank” yer alır. “AccessBank” 500-50 000 manatlıq kreditləri 6-48 ay müddətinə (0-3% komissiya), “Rabitəbank” isə 70 000 manatadək kreditləri 59 ayadək müddətə tamamilə komissiyasız (0%) təklif edir.
“Premium Bank”da isə 80 000 manatadək nağd kreditlər 6-59 ay müddətinə 9.8% illik faiz və 0-1% komissiya dərəcəsi ilə verilir.
Bazarın digər iştirakçıları olan “Azər Türk Bank”, “Bank of Baku”, “Bank VTB” və “TuranBank” nağd pul krediti üzrə minimum faiz göstəricisini 9.9% səviyyəsində müəyyənləşdiriblər. Bu qrupda “Bank VTB” (300-100 000 AZN, 3-59 ay) 0% komissiya şərti tətbiq etdiyi halda, “Azər Türk Bank” (300-80 000 AZN, 3-59 ay) və “Bank of Baku” (80 000 AZN-dək, 3-59 ay) 0%-dən başlayan, “TuranBank” (500-50 000 AZN, 6-59 ay) isə 0-2% aralığında komissiya haqqı nəzərdə tutur.
İllik 10% dərəcəsindən başlayan şərtlərlə nağd pul təqdim edən banklar “Bank Respublika” (200-50 000 AZN, 3-59 ay, 1%-dən başlayan komissiya) və “Yapı Kredi Bank”dır (300-90 000 AZN, 3-59 ay, 1.5-2% komissiya).
Qeyd edək ki, “Yapı Kredi Bank”da 1 ilədək müddət üçün nəzərdə tutulan illik 10% maksimum 25 000 manatadək olan kreditlər üçündür. 13 ay və üzəri müddətlər üçün təklif edilən faizlər isə maksimum 90 000 manatadək olan kreditlər üçün nəzərdə tutulur. “AFB Bank” isə 500-50 000 manat məbləğində kreditləri 3-59 ay müddətinə 10.5% illik faiz və 0%-dən başlayan komissiya ilə təklif edir.
Bazarın aparıcı banklarından olan “ABB”, “Ziraat Bank” və “Kapital Bank”da minimum dərəcə 10.9% təşkil edir. “ABB” 70 000 manatadək krediti 60 ayadək müddətə (0%-dən başlayan komissiya), “Ziraat Bank” 300-50 000 manatlıq krediti 3-59 ay müddətinə (1% komissiya), “Kapital Bank” isə 80 000 manatadək məbləğdə olan krediti 59 ayadək müddətə (0%-dən başlayan komissiya) müştərilərinə təqdim edir.
Siyahının sonuncu sırasındakı banklara gəldikdə, “PAŞA Bank” 100 000 manatadək krediti 48 ayadək müddətə 11% illik faiz və 0% komissiya ilə ayırır. “Xalq Bank”da 250 000 manatadək olan iri məbləğli nağd kreditlər 59 ayadək müddətə 12% illik faiz və 0.5% komissiya ilə verilir. Siyahıda ən yüksek başlanğıc faiz dərəcələri isə “ASB Bank” (500-30 000 AZN, 36 ayadək, 13% illik faiz, 1% komissiya) və “Bank Avrasiya”da (1000-100 000 AZN, 12-59 ay, 13% illik faiz, 0.5% komissiya) qeydə alınıb. yeni sabah















