1xeber.media xəbər verir ki, ABŞ-ın 30 illik dövlət istiqrazlarının gəlirliliyi 2002-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Reuters-in məlumatına görə, göstərici gün ərzində 5,7041 faizə çatıb. Artım qlobal istiqraz bazarlarında satışların yenidən güclənməsi fonunda baş verib.
İnvestorları yüksək inflyasiya, dövlət borcunun artması və enerji qiymətlərinin yüksəlməsi narahat edir. Brent markalı neftin qiymətinin 100 dolları keçməsi də inflyasiya risklərini artıran əsas amillərdən biri kimi göstərilir.















