1xeber.media xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb İspaniya kralı VI Felipe ilə görüş zamanı etdiyi zarafatla diqqət çəkib. Hadisə kralın Finlandiyaya dövlət səfəri çərçivəsində baş verib.
Finlandiyanın “Ilta-Sanomat” nəşrinin oktyabrın 7-də yaydığı məlumata görə, VI Felipe çıxışı zamanı Finlandiya mədəniyyətinin xüsusiyyətlərinə toxunub. Bundan sonra Stubb çıxışının sonunda zarafatla yeməklərin keyfiyyətinə də münasibət bildirib.
“Yaxşı yemək də, pis yemək də, aradakı hər şey də. Bu səfərin təşkilində iştirak edən hər kəsə təşəkkür edirəm”, – deyə Finlandiya prezidenti bildirib.
Nəşr Stubbun sözlərini İspaniya kralına ünvanlanan uğursuz zarafat kimi qiymətləndirib. Bununla belə, açıqlamanın tərəflər arasında hər hansı diplomatik gərginliyə səbəb olub-olmadığı barədə məlumat verilməyib.















