1xeber.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 72 milyard 711,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin nominal gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artıb.
Qeyd edək ki, nominal gəlirlər əhalinin əldə etdiyi pul gəlirlərinin ümumi məbləğini ifadə edir. Bu göstəricinin artması özlüyündə əhalinin alıcılıq qabiliyyətinin eyni nisbətdə yüksəldiyini göstərmir. Bunun üçün inflyasiya və qiymət dəyişiklikləri də nəzərə alınmalıdır.















