1xeber.media xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının fəaliyyəti təhlükəsizlik vəziyyətinə görə ən azı oktyabrın 17-dək dayandırılıb.
Reuters-in məlumatına görə, qərar Yəməndə fəaliyyət göstərən husilərin raket və pilotsuz uçuş aparatları ilə hücumlarından sonra verilib. Əvvəlki hücumlarda ölənlər və yüzlərlə yaralanan barədə məlumat yayılıb. Hava limanının bağlanması beynəlxalq uçuşların ləğvinə və marşrutların dəyişdirilməsinə səbəb olub.
Mövcud vəziyyət beynəlxalq aviaşirkətlərin fəaliyyətinə və regionda hava nəqliyyatına təsir göstərir. Aviasiya qurumları da Səudiyyə Ərəbistanının hava məkanında təhlükəsizliklə bağlı xəbərdarlıqlar yayıblar.















