Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “B2B Group” MMC (VÖEN – 1005873041) olub.
1xeber.media xəbər verir ki, Elm və Təhsil Nazirliyi təhsil sistemində səmərəliliyin artırılması üçün süni intellektin (AI) tətbiqi xidmətlərinin satın alınmasına görə “B2B Group” MMC-yə 1 milyon 274 min 400 manat ödəyəcək.
Qeyd edək ki, satın alınacaq xidmətlər arasında təhsil müəssisələri üçün AI əsaslı davamiyyətə və giriş-çıxışa nəzarət platformasının hazırlanması da olacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 000 manat olan “B2B Group” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Qəzənfər Musabəyov (Rəsulzadə qəsəbəsi), ev 91 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.















