1xeber.media xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən və hökumətin şəffaflığını müdafiə edən təşkilat Donald Trampın kürəkəni Cared Kuşnerin administrasiyada xüsusi elçi kimi fəaliyyətinə qarşı məhkəmə iddiası qaldırıb. Təşkilat hesab edir ki, Kuşner xarici siyasətlə bağlı mühüm danışıqlarda iştirak etdiyinə görə dövlət qulluqçularına aid etik və maliyyə açıqlaması tələblərinə tabe olmalıdır.
Kuşner İsrail-HƏMAS münaqişəsi, Rusiya-Ukrayna müharibəsi və İranla bağlı məsələlər üzrə diplomatik proseslərdə iştirak edir. Eyni zamanda onun böyük investisiya şirkətini idarə etməsi mümkün maraqlar toqquşması ilə bağlı suallar yaradıb.
Ağ Ev isə Kuşnerin dövlət vəzifəsində çalışan şəxs deyil, könüllü əsaslarla kömək göstərən özəl vətəndaş olduğunu bildirir. Onun vəkilləri də irəli sürülən iddialarla razılaşmırlar.














