Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
1xeber.media xəbər verir ki, bu barədə XİN "X" hesabında paylaşım edib:
"Pişəvər şəhərində məktəb binasının bir hissəsinin faciəli şəkildə uçması nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar qardaş Pakistan İslam Respublikasına dərin hüznlə başsağlığı verir, səmimi həmrəyliyimizi ifadə edirik.
Həlak olanların ailələrinin kədərini bölüşür, bu ürəkağrıdan faciədən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk".














