1xeber.media xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin çətinliklərə baxmayaraq, qardaş xalqlara dəstək göstərməkdən və tərəfdaşları qarşısında öhdəliklərini yerinə yetirməkdən imtina etməyəcəyini bildirib.
Lukaşenko bu barədə oktyabrın 29-da danışıb. Onun çıxışı Belarus liderinə yaxın olan “Pul Pervogo” Telegram kanalında yayımlanıb.
“Biz satqın deyilik, heç vaxt qardaşlarımıza xəyanət etməyəcəyik. Nə qədər çətin olsa da, həmişə onların yanında olacağıq”, – Belarus prezidenti vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, Minsk tərəfdaş ölkələrin coğrafi baxımdan uzaqda yerləşməsindən asılı olmayaraq, onlara lazımi yardımı göstərməyə hazırdır.
Lukaşenko, həmçinin kənd təsərrüfatı və maşınqayırma sahələrində əməkdaşlığın genişləndirilməsinin, mövcud əlaqələrin qorunmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, Lukaşenkonun oktyabrın 29-da səsləndirdiyi bu fikirlər Belarusun Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətinə dair açıqlamaları fonunda səslənib.















