1xeber.media xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk Konstitusiya Tribunalı ətrafında yaranmış böhranın Konstitusiyaya dəyişiklik edilmədən həllinin mümkün olduğunu bildirib. Bu barədə “Rzeczpospolita” nəşri məlumat yayıb.
Tuskun sözlərinə görə, problemin həlli üçün prezident Karol Navrotski parlament tərəfindən qanuni şəkildə seçilmiş hakimləri tanımalıdır. Bundan sonra həmin hakimlər Tribunalda vəzifələrinin icrasına başlaya bilərlər.
Baş nazir prezidentin bu məsələdə güc qarşıdurması yolunu seçdiyini və bunun Polşaya baha başa gələ biləcəyini vurğulayıb. O, demokratik hüquqi dövlətin xarici qüvvələrin dəstəklədiyi təzyiqlər qarşısında geri çəkilməyəcəyini bildirib.
Məlumata görə, oktyabrın 30-da Varşavada Konstitusiya Tribunalının binası hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb. Buna səbəb məhkəmənin sədri Boqdan Şvençkovskinin vəzifədən kənarlaşdırılması cəhdi olub. Hakimlər və “Hüquq və Ədalət” partiyasının tərəfdarları binaya gələrək onun nəzarətini geri qaytarmağa çalışıblar.
Bundan sonra Tusk xalqa müraciətində prezident Karol Navrotski və keçmiş prezident Andjey Dudanı Polşada hüququn aliliyini zəiflətməkdə ittiham edib.

















