1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələrin dayandırılmasını ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü ilə əlaqələndirib.
Zelenski bildirib ki, Ukrayna bir ay ərzində Rusiya neft emalı zavodlarına zərbələr endirməmək müqabilində həmin müddət üçün Patriot raketləri ala bilər.
“Zərbələrə alternativ budur: bir ay ərzində NEZ-lərə hücum etməməyimizi istəyirsinizsə, bizə bir aylıq Patriot raketləri verin”, – deyə Ukrayna lideri bildirib.
Qeyd edək ki, oktyabrın 16-da ABŞ Prezidenti Donald Tramp Kiyevin Rusiyanın neft emalı zavodlarına hücum etməsinə ehtiyac olmadığını söyləyərək Ukraynanı zərbələri birtərəfli qaydada dayandırmağa çağırmışdı.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl Ukrayna münaqişəsinin sülh yolu ilə həlli imkanları üzərində işlədiklərini bildirmişdi.

















