1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının Konqresə aralıq seçkilərində qələbə qazanacağı təqdirdə ölkənin dövlət kimi mövcudluğunun təhlükə altına düşəcəyini iddia edib.
Tramp bildirib ki, Respublikaçılar Partiyası Nümayəndələr Palatasına və Senata nəzarəti, eləcə də prezident postunu itirərsə, ABŞ üçün ciddi nəticələr yaranacaq.
“Əgər Nümayəndələr Palatasını, Senatı və prezident postunu itirsək, ölkəmizin sonu olar”, – deyə Ağ Evin rəhbəri bildirib.
Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkiləri 3 noyabr 2026-cı ildə keçiriləcək. Seçkilər Nümayəndələr Palatasının bütün üzvlərinin və Senatın bir hissəsinin yenilənməsini nəzərdə tutur.

















