Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.
1xeber.media xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,05 ABŞ dolları və ya 2,62% azalaraq bir barel üçün 113.45 ABŞ dollarına enib.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

















