1xeber.media xəbər verir ki, amerikalı milyarder və “SpaceX” şirkətinin qurucusu İlon Mask ABŞ Konqresinə keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının irəliləyişini zarafatla şərh edib.
Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O, istehza ilə yazıb ki, görünür, bu dəfə onun seçkilərə müdaxilə etmək üçün istifadə etdiyi “kosmik lazerləri” işə yaramayıb.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkilər keçirilib. KİV-in proqnozlarına görə, Demokratlar Nümayəndələr Palatasında respublikaçılardan üstünlüyü ələ keçirə bilər. “Bloomberg”in proqnozunda isə demokratların Senatda da çoxluq qazana biləcəyi qeyd olunub.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp seçkilərin nəticələrini tanımağa və Demokratlar Partiyası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Kremlin sözçüsü Dmitri Peskov isə seçkiləri ABŞ-ın daxili işi adlandırıb.

















