1xeber.media xəbər verir ki, Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Qriqori Karasin ABŞ Konqresinə keçirilən aralıq seçkilərin nəticələrini şərh edib.
Senator açıqlamasında Demokratlar Partiyasının uğurunun gözlənilməz olmadığını bildirib. Onun sözlərinə görə, seçkilərin nəticələri ABŞ prezidenti Donald Trampın ölkə daxilindəki mövqelərinin möhkəmlənməsinə kömək etmir.
Karasin bununla belə, nəticələrin Trampın siyasi xəttini dəyişəcəyini düşünmədiyini vurğulayıb. O qeyd edib ki, ABŞ prezidenti qarşıdakı iki il ərzində həm daxili, həm də xarici siyasətdə əvvəlki istiqamətini davam etdirə bilər.
Senatorun fikrincə, Konqres seçkilərinin nəticələri Rusiyanın xarici siyasətinə təsir göstərməyəcək. O, Moskvanın bu sahədə mövqeyinin dəyişməz qaldığını bildirib.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp seçkilərin nəticələrini qəbul etməyə və Demokratlar Partiyası ilə əməkdaşlıq etməyə hazır olduğunu açıqlamışdı.

















