1xeber.media xəbər verir ki, “Telegram” messencerinin qurucusu Pavel Durov Dubayda keçirilən Hellouin tədbirinə yeni xanım dostu ilə qatılıb.
Məlumata görə, 41 yaşlı milyarder tədbirdə dəri zirehli qladiator obrazında olub. Onu müşayiət edən xanım isə çimərlik üslubunda geyim, eynək və baş örtüyü seçib.
Cütlüyün fotosu Dubaydakı J1 Beach çimərlik kompleksinin “Instagram” hesabında paylaşılıb. Xanımın kimliyi barədə isə məlumat verilməyib.

















