1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı iş adamı İlon Maskın Avropa və Ukraynanın siyasi proseslərinə müdaxiləsini tənqid edib.
Ukrayna lideri bildirib ki, başqa ölkənin vətəndaşı olan Maskın Avropa və Ukraynanın siyasətinə təsir göstərmək hüququ yoxdur. Zelenskinin fikrincə, Maskın açıqlamaları onun böyük sərvətə malik olması səbəbindən ictimaiyyət və siyasi dairələrdə daha ciddi qəbul edilir.
Qeyd edək ki, oktyabrın 11-də İlon Mask Ukraynada prezidentin dəyişdirilməsinin zəruriliyi barədə fikirlə razılaşmışdı. O, bu mövqeyini ABŞ Prezidenti Donald Trampın oxşar açıqlamasından sonra ifadə etmişdi.
Bundan başqa, Mask noyabrın 4-də ABŞ Konqresinə aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinə də ironik münasibət bildirib. O, seçkilərə müdaxilə üçün nəzərdə tutulan “kosmik lazerlərinin” bu dəfə işə yaramadığını zarafatla qeyd edib.

















