Rusiya Prezidenti Vladimir Putin yerli istehsal olan qrip peyvəndi vurdurduğunu açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə dövlət başçısı hökumət üzvləri ilə videokonfrans formatında keçirilən müşavirədə danışıb.
Putinin sözlərinə görə, peyvənd təxminən iki həftə əvvəl vurulub. O, Rusiya istehsalı olan peyvəndin normal təsir göstərdiyini bildirib.
“Peyvənd olunduğumu deyə bilərəm. Heç bir problem yoxdur. Rusiya peyvəndi normal işləyir”, – deyə Putin qeyd edib.
Rusiya prezidenti istifadə etdiyi peyvəndin adı və digər xüsusiyyətləri barədə əlavə məlumat verməyib.

















