1xeber.media xəbər verir ki, İran Hindistan, Çin, Qətər və İraqla əlaqəli gəmilərin Hörmüz boğazından keçidinə qoyulan məhdudiyyətlərdən azad edildiyini bildirib.
Al Jazeera-nın məlumatına görə, bu barədə İran parlamentinin yüksək vəzifəli üzvü açıqlama verib.
Analitiklər hesab edirlər ki, Tehran bu qərarla enerji və ticarət əlaqələrini qorumağa, eyni zamanda regiondakı siyasi tərəfdaşları ilə münasibətlərə təsir edən riskləri azaltmağa çalışır.
Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biri olduğundan, burada tətbiq edilən məhdudiyyətlər beynəlxalq enerji bazarına birbaşa təsir göstərir.















