Rusiya ordusu Odessa vilayətinin limanlarına doğru hərəkət edən quru yük gəmisinə zərbə endirib.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 12-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum zamanı yerüstü bazalı yüksək dəqiqlikli silahlardan və uzaqmənzilli zərbə PUA-larından istifadə olunub.
Nazirlik gəminin vurulduğunu təsdiqləsə də, hadisənin nəticələri və mümkün itkilər barədə əlavə məlumat verməyib.

















