ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya hazırkı səfəri onun Moskvaya ilk gəlişindən bəri onuncu səfəri olub.
1xeber.media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentliyin məlumatına görə, amerikalı siyasətçinin Rusiyaya ilk səfəri 2025-ci ilin fevralında baş tutub. Onu bu səfərdə müşayiət edən ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner isə Rusiyaya üçüncü dəfə gəlib.
Daha əvvəl Rusiya Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Prezidentin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin, eləcə də amerikalı nümayəndələr Stiv Uitkoff və Cared Kuşnerin olduğu avtomobil karvanının Vnukovo hava limanından yola düşdüyü bildirilmişdi.
Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinin amerikalı nümayəndələrlə görüşəcəyini açıqlamışdı. Onun sözlərinə görə, görüş noyabrın 12-də günün birinci yarısında keçiriləcək.

















