1xeber.media 1business.media -ya istinadən xəbər verir ki, Milla-nın Müşahidə Şurasının üzvləri şirkətin fəaliyyət nəticələri və strateji inkişaf istiqamətlərinin müzakirəsi üçün müəssisəyə səfər ediblər.
Şirkətin məlumatına görə, görüşdə biznes göstəriciləri nəzərdən keçirilib, gələcək inkişafı dəstəkləyəcək əsas təşəbbüslər və prioritetlər müzakirə olunub.
İstehsal sahələrinə baxış zamanı Şura üzvlərinə davam edən modernləşdirmə işləri, istehsal gücünün artırılması, səmərəliliyin yüksəldilməsi və məhsul keyfiyyətinin gücləndirilməsinə yönələn investisiyalar barədə məlumat verilib.
Paylaşımda əməliyyatların davamlı təkmilləşdirilməsinin və şirkətin rəqabət qabiliyyətinin artırılmasının əsas hədəflər sırasında olduğu vurğulanıb.

















