Ukrayna Silahlı Qüvvələri (AFU) gün ərzində Kursk istiqamətində 225-ə qədər hərbçi itirib.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 3-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 225 hərbçi, iki zirehli transportyor, üç zirehli döyüş maşını, beş avtomobil və bir artilleriya qurğusu məhv edilib”, - deyə idarənin açıqlamasında bildirilir.
Aydınlaşdırılır ki, “Şimal” qoşun qrupunun bölmələri Kursk vilayətinin 14 yaşayış məntəqəsində Ukrayna Silahlı Qüvvələrinin 11 briqadasının birləşmələrini darmadağın edib.