Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabeliyində Dövlət Radiotezliklər İdarəsində yeni təyinat olub.1xeber.media xəbər verir ki,bununla bağlı İdarənin rəis müavini, rəis vəzifəsini icra edən İlham Əhədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Məzahir Qarayev İdarəsinin Satınalma və inzibati işlər departamentinin müdir müavini vəzifəsinə təyin olunub.
O, bundan əvvəl 2023-cü ilin noyabrından 2026-cı ilin noyabrınadək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində maliyyə sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb.
M.Qarayev 2020-ci ilin avqustundan 2023-cü ilin oktyabrınadək Kiçik və Orta Biznesin İnkişafı Agentliyində baş mühasib, 2023-cü ilin yanvarından noyabrınadək isə mütəxəssis vəzifəsini icra edib.
O, 2016-cı ilin mayından 2020-ci ilin fevralınadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iqtisadçı, 2008-ci ilin martından 2016-cı ilin mayınadək Xətai Telefon Qovşağında mühasib vəzifəsində çalışıb.iqtisadiyyat.az
















