Ağdam Dövlət Dram Teatrının aktyoru və fəxri mədəniyyət işçisi Cəfər Nəriman oğlu Bayramov 63 yaşında vəfat edib.
Mərhum 29 oktyabr 1963-cü ildə Ağdərə rayonunun Baş Güney kəndində dünyaya göz açıb. 1985–1987-ci illərdə Şuşa Mədəni-Maarif Texnikumunda təhsil alan sənətkar, 1988-ci ildən etibarən Ağdam Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
Səhnə fəaliyyətinə Mirzağa Atəşin “Şərəfin sandığı” tamaşası ilə başlayan Cəfər Bayramov karyerası ərzində “Ağa Kərim xan Ərdəbili”, “Sandığın toyu”, “Cənnət və Cəhənnəm”, “Ürəyində arzu tut”, “Qoşulub qaçan qız” kimi bir çox səhnə əsərlərində müxtəlif obrazlar canlandırıb.
milletinsesi.info

















