AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin Müştərilərlə əlaqələr şöbəsinin rəhbəri Günel Səmədova işdən çıxıb.
1xeber.media xəbər verir ki,Plat.az-ın əldə etdiyi məlumata görə, G.Səmədovaya “PAŞA Sığorta” ASC-də vəzifə verilib.
Belə ki, o, şirkətdə Şikayətlərin idarə edilməsi şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, G.Səmədova 2018-2026-cı illərdə “AzInTelecom”da, 2017-2018-ci illərdə isə, "PMD Group" MMC-də çalışıb.
Xatırladaq ki, bundan bir müddət öncə də “PAŞA Sığorta”da yeni təyinatlar olub. Belə ki, Tahir Əliyev şirkətdə Məhkəmə mübahisələri və icra departamentinin rəhbəri vəzifəsinə, Rüfət İsgəndərov Subroqasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Məlumat üçün deyək ki, “PAŞA Sığorta” ASC 2006-cı ildə təsis edilib. Şirkət “PAŞA Holding” MMC-nin tərkibinə daxildir. Şirkətin Baş icraçı direktoru Niyaz İsmayılov, nizamnamə kapitalı isə, 50 milyon manatdır.
















