1xeber.media xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqı rəsmiləri ilə görüşləri barədə X hesabında paylaşım edib.
O, DG ENEST-in baş direktoru Gert Yan Kopman, Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Anna-Mariya Bura və Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Saymon Mordyu ilə konstruktiv müzakirələr apardığını bildirib.
Görüşlərdə strateji prioritetlər, ortaq maraqlar və Azərbaycan–Aİ tərəfdaşlığının konkret təşəbbüslərlə gücləndirilməsi müzakirə olunub. Enerji təhlükəsizliyi və bağlantılara xüsusi diqqət yetirilib.

















