Könül Xasıyevanın pubda oxuması müzakirə yaratdı – Bacısından SƏRT CAVAB: “Sizə nə?”1xeber.media xəbər verir ki, Xalq artisti Könül Xasıyevanın Bakıda fəaliyyət göstərən publardan birində çıxış etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi xanəndəni bu cür məkanda oxuduğuna görə tənqid edib, digərləri isə onu buna vadar edən səbəblərin ola biləcəyini vurğulayıblar.
Məsələ ilə bağlı Xalq artistinin mövqeyini öyrənmək üçün onunla əlaqə saxlanılıb. Özünü Könül Xasıyevanın bacısı kimi təqdim edən şəxs açıqlamasında sənətçinin harada çıxış etməsinin heç kimi maraqlandırmamalı olduğunu deyib:
“Sizə nə? Özü bilər harada oxuyar. Sizdən icazə almalıdır? Bu günə kimi Könül xanımın səhhəti ilə heç kim maraqlanmayıb. Bir jurnalist də onun vəziyyətini soruşmayıb. Könül xanım xəstələnəndən telefonu məndə olub. Harada oxuyacağını sizdən soruşacaq? Hər kəs öz işi ilə məşğul olsun”.Qaynarinfo
















