“Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında ikitərəfli görüş noyabrın 19-da Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin plenar iclasından sonra baş tutacaq”.
1xeber.media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Jurnalistlər ikitərəfli görüşün başlamasını plenar iclas başa çatdıqdan sonra gözləməlidirlər. Rusiya tərəfi danışıqların faydalı və məzmunlu olacağına ümid edir. Putin, Tramp və Çin lideri Si Cinpin arasında nəzərdə tutulan üçtərəfli görüşün müddətini liderlər özləri müəyyənləşdirəcəklər”, – deyə Uşakov bildirib.
Qeyd edək ki, noyabrın 18-də APEC sammiti çərçivəsində keçirilən rəsmi qəbulda Putin, Tramp və Si Cinpin bir araya gəliblər. Liderlər əl sıxaraq qısa söhbət ediblər.
















