ABŞ Suriyanın şimalında, Türkiyə sərhədi yaxınlığında yerləşən və kürd Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan Kobani şəhərində yeni hərbi bazanın tikintisinə başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 2-də War Zone portalı yazır.
Bölgəyə sement blokları, müşahidə kameraları, yanacaq çənləri və xəndək hazırlayan avadanlıqlar daşıyan 50 yük maşını karvanının gəldiyi bildirilir.
Həmçinin əlavə qüvvələrin göndəriləcəyi gözlənilir: hərbi personal, zirehli texnika, silahlar, radarlar və hava hücumundan müdafiə sistemləri. Portal yazır ki, artıq işlərə başlanılıb və obyekt özü Beynəlxalq Koalisiyanın qoşunları üçün bazaya çevriləcək.