1xeber.media xəbər verir ki, Gürcüstan Rusiya ilə ölkələr arasında mövcud problemlərin həlli üçün dialoqun davam etdirilməsinin vacib olduğunu bəyan edib.
Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, son illərdə Rusiya ilə dialoq aparılmasına qarşı cəmiyyətdə qorxu yaradılmağa çalışılıb. O vurğulayıb ki, Gürcüstanın ən ciddi problemlərinin olduğu ölkə ilə danışıq və dialoq olmadan hər hansı məsələnin həlli mümkün deyil.
Boçorişvili bu fikirləri noyabrın 19-da Minskdə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında keçirilən görüşü şərh edərkən səsləndirib.
















