Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsində əldə olunan nəticələr sübut edir ki,
insanların mənəviyyatı, adət-ənənələri ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır.
Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqına belə bir zənginlik qismət
olmuşdur.Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini,
mədəniyyətini, mənəviy-yatını dünyaya nümayiş etdirir. Ölkəmiz bəşəriyyətə verdiyi tarixi
şəxsiyyətləri ilə daim fəxr edib.
Adı ölkəmizdən çox-çox uzaqlarda tanınmış, dövlət xadimləri, siyasətçilər, müdrik
şəxsiyyətlər haqqında söz düşəndə ilk növbədə Ümummilli Lider Heydər Əliyevin adı çəkilir.
Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını
doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir.
Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə
aparırdı.
Azərbaycan dilini dövlət dili kimi təsdiqləmək məsələləri də məhz onun təşəbbüsü ilə
həyata keçirilmişdir. Azərbaycançılıq fəlsəfəsi, ilk növbədə Ulu Öndər Heydər Əliyevin
təşəbbüsü idi. 1992-ci il noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş
vermişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirilmişdir. Bu, doğrudan da tarixi hadisə idi. Onun siyasi
təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl
vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında
birləşdirmişdi. 1993-cü ildə ölkəmizin çətin bir vaxtında, xalqın çağırışına səs verərək böyük
məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Müasir
Azərbaycanın qurucusu kimi tanındı, milyonların etiramını qazandı.
Respublikamızda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ilk gündən
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti,
əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir. Ümummilli Lider
Heydər Əliyev 2003-cü ildə öz çıxışında bildirmişdir ki, Yeni Azərbaycan Partiyası bundan
sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir.
Ölkəmizdə çox ciddi islahatlar aparıldı. Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik
bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya
etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün
də bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilir. Tarixi
Zəfərimiz bu siyasətin təntənəsdiri.
Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın demokratiyasının nümunə
göstərilməsi, dinamik iqtisadi inkişafa malik qüdrətli ölkə kimi tanınması, Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasətin alternativsizliyinin dünyanın tanınmış siyasətçiləri, , nüfuzlu
araşdırmalar mərkəzləri tərəfindən xüsusi qeyd edilərək, ən yüksək mükafatlara layiq
görülmüşdür. Bu bir daha sübut edir ki, bu siyasət Heydər Əliyev ideyalarının təntənəsi və
qələbəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru
















