ABŞ-da Delta aviaşirkətinin uçuşlarında gecikmələr yaranıb
1xeber.media xəbər verir ki, ABŞ-da avtomatlaşdırılmış sistemdə yaranan problem Delta aviaşirkətinin uçuşlarına təsir edib. Bazar günü günortadan sonra təxminən 1000 reys gecikib. Gecikmələrin böyük hissəsinin texniki problemlə əlaqəli olduğu bildirilib.
















