Gəncədə iki həkim vəzifəsindən azad edilib.
1xeber.media xəbər verir ki, Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın baş həkimi İlqar Əliyev işdən çıxarılıb.
Onun Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı aşkarlanan nöqsanlar səbəbindən vəzifədən kənarlaşdırıldığı ehtimal olunur.
Həmçinin, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Zülfüqar Məmmədov adına 3 nömrəli Xəstəxananın baş həkimi Türanə Abdullayeva da vəzifəsindən azad edilib.
T.Abdullayeva iki il əvvəl bu vəzifəyə təyin olunub. Onun vəzifədən uzaqlaşdırılmasının TƏBİB tərəfindən aşkarlanan nöqsanlarla bağlı olduğu ehtimal edilir./Oxu.az

















